ABŞ və İsrail tarixdə ən böyük birgə hərbi təlimə başlayıblar

   ABŞ və İsrail tarixdə ən böyük birgə hərbi təlimə başlayıblar
  23 Yanvar 2023    Oxunub:940
ABŞ və İsrail Yerusəlimdəki yeni hökumətin tərkibi ilə bağlı narahatlıqlara baxmayaraq, yanvarın 23-də tarixdə ən böyük birgə hərbi təlimə başlayıblar.
Bu barədə CNN məlumat yayıb. “Juniper Oak” adlanan təlimdə Amerikanın 100 təyyarəsi, qırıcısı, bombardmançı və yanacaq daşıyan təyyarəsi, həmçinin “USS George H.W. Buş” aviadaşıyıcısı, 42 İsrail təyyarəsi iştirak edəcək.

Manevrlər kosmos və elektron hücumlar daxil olmaqla, müharibənin bütün sahələrini əhatə edəcək. ABŞ Müdafiə Nazirliyinin yüksək rütbəli rəsmisi bildirib ki, təlimlərdə təxminən 6,5 min ABŞ hərbçisi, həmçinin 1,1 mindən çox İsrail hərbçisi iştirak edəcək.

İlkin Nəcəfzadə
AzVision.az


Teqlər:





Xəbər lenti