Tini Koks yenidən AŞPA prezidenti seçilib

Tini Koks yenidən AŞPA prezidenti seçilib
  23 Yanvar 2023    Oxunub:329
Niderlandlı deputat Tini Koks yenidən Avropa Şurası Parlament Assambleyasının (AŞPA) prezidenti seçilib.
AzVision.az xəbər verir ki, o, AŞPA-nın bu gün işə başlayan qış sessiyası zamanı 175 səs toplayıb.

Onun həmkarı Ukraynalı deputat Oleksandr Merezko isə 44 səs qazanıb.

Xatırladaq ki, Tini Koks 2022-ci ildə AŞPA-nın prezidenti olub.

AzVision.az

Teqlər:







Xəbər lenti