Ötən il orduda rüşvət cinayətləri azalıb

   Ötən il orduda rüşvət cinayətləri azalıb
  23 Yanvar 2023    Oxunub:685
2021-ci illə müqayisədə 2022-ci ildə qeydə alınmış qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 83,3 faiz, ötən il silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 73,7 faiz, odlu silahı, döyüş sursatını, partlayıcı maddələri və qurğuları talama və ya hədə qorxu ilə tələb etmə cinayətləri 62,1 faiz, azalıb.
AzVision.az xəbər verir ki, bu barədə Hərbi Prokurorluqda keçirilmiş kollegiya iclasında məlumat verilib.

Bundan başqa, qeyd olunub ki, mülkiyyət əleyhinə cinayətlər 28,9 faiz, xuliqanlıq cinayətləri 25 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 23,3 faiz, rüşvət alma və rüşvət vermə cinayətləri 19,9 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 7,7 faiz və özünü öldürmə hadisələri 33,3 faiz azalıb.

Qeyd olunub ki, işçilərin peşəkarlığı və əzmi sayəsində qeydə alınmış cinayətlərin ümumilikdə 99 faizi, o cümlədən bəzi qəbildən olan ağır cinayətlərin 100 faizi açılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti