Qanun ləğv edildi, bağçalar vergi verməyəcək

Qanun ləğv edildi, bağçalar vergi verməyəcək
  16 May 2014    Oxunub:1569
Milli Məclisin bu gün keçirilən iclasında 5 qanun layihəsi qəbul edilib.

AzVision.az xəbər verir ki, bunlar “Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin icrası haqqında” qanun, “Azərbaycan Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında” qanun, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanununda dəyişiklik edilməsi barədə, “Kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanununun ləğv edilməsi barədə qanun və “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanununun ləğv edilməsi barədədir.

Belə ki, “Körpələr evlərinə, körpələr evi-uşaq bağçalarına, uşaq bağçalarına, xüsusi uşaq bağçalarına və uşaq evlərinə müddətli vergi güzəştlərinin verilməsi haqqında” qanunu ləğv edilərək Vergi Məcəlləsinə daxil edilib. Bununla da, bağçalar Vergi Məcəlləsinə uyğun olaraq, 10 il müddətinə vergidən azad edildi.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti