Hərbçilərimiz beynəlxalq tədbirlərə qatılacaq

Hərbçilərimiz beynəlxalq tədbirlərə qatılacaq
  16 May 2014    Oxunub:969
Silahlı Qüvvələrimizin nümayəndələri beynəlxalq tədbirlərdə iştirak edəcək.
Müdafiə Nazirliyindən AzVision.az-a verilən məlumata görə, mayın 18-dən 30-dək Turku şəhərində (Finlandiya) Hərbi Dəniz Qüvvələrinin baza mina-tral gəmisinin 1-ci səviyyəli özünü-qiymətləndirmə təlimi, Azərbaycan-ABŞ iş planına əsasən mayın 19-dan 23-dək Buxarest şəhərində (Rumıniya) Xəzər dənizi və Qara dənizin təhlükəsizlik məsələləri üzrə 9-cu simpozium, mayın 19-dan 23-dək Bakı şəhərində NATO-nun Brunssumdakı Birləşmiş Qüvvələr Komandanlığının mobil təlim qrupu tərəfindən "Böhranlara cavab vermə əməliyyatlarında MTT dəstəyi" mövzusunda təlim kursu, mayın 19-dan 23-dək Oberammerqau şəhərində (Almaniya) Kütləvi Qırğın Silahları barədə xəbərdarlıq, məlumatların ötürülməsi sistemi və prosedurları kursu keçiriləcək.

Tədbirlərdə Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edəcəklər.


Teqlər:





Xəbər lenti