Füzulidə 21 erməni əsgəri yaralandı

Füzulidə 21 erməni əsgəri yaralandı
  10 Aprel 2013    Oxunub:1485
Erməni əsgərləri Füzuli rayonu ərazisində qəzaya uğradı
Ermənistanın işğalı altında olan Azərbaycanın Füzuli rayonunda Ermənistanın Müdafiə Nazirliyinə məxsus hərbi maşın qəzaya uğrayıb. AzVision.az-ın erməni mətbuatına istinadən verdiyi məlumata görə, qəza nəticəsində 21erməni əsgəri yaralanıb.

“Sadko” markalı hərbi maşın yolda çuxura düşərək, aşıb.
Qəza nəticəsində maşında olan 21 əsgər müxtəlif dərəcəli bədən xəsarətləri alıb və hərbi hospitala yerləşdirilib. Xəsarət alanların bir neçəsinin vəziyyəti ağırdır.

Fakt üzrə Ermənistanın Müdafiə Nazirliyinin İstintaq idarəsi araşdırmalara başlayıb.


Teqlər:  





Xəbər lenti