Günün kriminal xronikası - DİN

Günün kriminal xronikası - DİN
  13 May 2014    Oxunub:875
Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 46 cinayət faktı qeydə alınıb, onların da 20-si “isti izlər”lə açılıb.
Daxili İşlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 10 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 5 nəfər ölüb, 9 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 4, qanunsuz saxlanılan silah-sursatla bağlı 2 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 17 nəfər tutulub.

AzVision.az


Teqlər:





Xəbər lenti