“Bacım kənddə yaşayır” – Allahşükür Paşazadə

“Bacım kənddə yaşayır” – Allahşükür Paşazadə
  13 May 2014    Oxunub:1323
Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri, millət vəkili, Hadı Rəcəbli bu gün Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) din xadimləri üçün təşkil etdiyi təkmilləşdirmə kursunun açılışı ilə bağlı keçirilən konfransda yaslardakı qadın mərsiyəxanlardan danışıb.
AzVision.az xəbər verir ki, deputat bildirib ki, qadın məclislərində nöqsanlar var: “Çarşablı qadınlar məclis aparırlar, amma onların kimliyini demək istəmirəm. Onlar orada nə danışır, bir özləri bilir. Bu, düzgün deyil, çünki forma məzmunu tamamlamır. Bu haqda düşünmək lazımdır. Hərə öz ərazisində olan mərsiyəxanlarla iş görməlidir. Əgər onlar məclisə girirsə, bu barədə iş
görmək lazımdır”.

Şeyx Hacı Allahşükür Paşazadə isə ona cavabında təsdiqləyib ki, qadın məclislərindən xəbərsizdirlər: “Bizim qadın məclislərindən xəbərimiz yoxdur. Mənim bacım kənddə yaşayır, özüm şahidi olmuşam ki, onlar məclislərdə qadın mərsiyəxanalar üçün ayrıca çay aparılır. Bizim qızlarımız oxuyur, inanmıram ki, onlar o səviyyəyə düşsün ki, qadın məclislərindəki mərsiyəxanlar kimi davransınlar”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti