Tetçerin Almaniya kabusu
“Kol ( Helmut Kol , AFR-in eks-kansleri) hər şeyə qadirdir. O, başqa insan olub”,- bu sözləri Britaniyanın eks baş naziri Tetçer Fransa səfirinə vəzifəsinin sonuncu ilində söyləmişdi. Həmçinin Tetçer şübhələnirdi ki, Kol birləşmiş Almaniyanın başında özünü diktator hesab edərək, özünəməxsus siyasət həyata keçirir.
1989-cu ilin noyabr hadisələrinə 2 ay qalmış Marqaret Tetçer Berlində Mixail Qorbaçovla görüşərək, ona demişdi ki, Almaniyanın birləşməsini nə Böyük Britaniya, nə də ki, bütün Qərbi Avropa istəyir. Onun fikrincə, birləşmə beynəlxalq münasibətlərin bütövlükdə sabitliyinin pozulmasına və Böyük Britaniyanın təhlükəsizliyinə hədələrin yaranmasına gətirib çixara bilər.
Berlin divarının yıxılmasının 20 illiyinə həsr olunmuş diplomatik sənədlər şahidlik edir ki, AFR və ADR-in birləşməsinin qorxulu olacağını vaxtilə Fransanın prezidenti olan Fransua Mitteran da demişdi. Tetçerlə görüşündə o demişdi ki, birləşmiş Almaniyanın mövqeyi Hitlerin vaxtındakı mövqedən daha möhkəm olacaq.
Yada salaq ki, AFR və ADR-in rəsmən birləşməsi 3 oktyabr 1990-cı ildə baş tutdu, amma iki Almaniya arasında sərhəd 1989-cu ilin noyabrında ləğv olunmuşdu.
Maraqlıdır ki, hazırda Avropada yaranmış vəziyyət, maliyə böhranları və siyasi proseslər o vaxtlar Tetçerin öz qorxusunda haqlı olduğunu təsdiqləyir.