Səyyad Aran: “Böyük xaos ola bilər”

Səyyad Aran: “Böyük xaos ola bilər”
  13 May 2014    Oxunub:1420
“İcazə verə bilmərik ayrı-ayrı qüvvələr İslam dini altında Azərbaycan gənclərinin mənəviyyatını və tərbiyəsini zədələsinlər”.
AzVision.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin sədr müavini Səyyad Aran bildirib.

O, din xadimlərinə müraciət edərək bildirib ki, gənclər bizim siyasətimizi layiqincə davam etdirə bilməsə, varislərimiz olmasa cəmiyyətin gələcək həyatında böyük xaos ola bilər.

“İdeoloji mübarizə bütün sahələrdə var. İqtisadiyyat, sənaye, həmçinin də din. Əgər qalib gələ bilməsək, özümüzü qısa zaman kəsiyində umduğumuz yerdə görməyəcəyik. Gənclər bizim siyasətimizi layiqincə davam etdirə bilməsə, varislərimiz olmasa cəmiyyətin gələcək həyatında böyük xaos ola bilər. Özümüzü tam oyundan kənar vəziyyətdə görə bilərik.

Heydər Əliyev tədbirlərin birində belə dedi ki, gənclərimiz dini olduğu kimi öyrənməli, qəbul etməli və istifadə etməlidir. İcazə verə bilmərik ki, ayrı-ayrı qüvvələr İslam dini altında Azərbaycan gənclərinin mənəviyyatını və tərbiyəsini zədələsinlər”.


Teqlər:  





Xəbər lenti