Dünyanın ən varlı ailələri

   Dünyanın ən varlı ailələri
  08 Dekabr 2022    Oxunub:628
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Məhəmməd bin Zayed Al Nəhyanın ailəsi dünyanın ən varlı ailəsidir.
AzVision.az “The Times” qəzetinə istinadla xəbər verir ki, ailənin varidatı təxminən 300 milyard dollar həcmində qiymətləndirilir. Al Nəhyanlar İngiltərənin “Mançester Siti” futbol klubunda, İlon Maskın “SpaceX” kompaniyasında və Rihannanın “Savage x Fenty” moda evində pay sahibidir.

Reytinqin ikinci pilləsində sərvəti 224,5 milyard dollar həcmində qiymətləndirilən “Walmart” mağazalar şəbəkəsinin sahibləri amerikalı Uolton ailəsi qərarlaşıb. İlk beşliyə Mars ailəsi (160 milyard dollar), “Koch Industries” sənaye konqlomeratını idarə edən Koc ailəsi (128,8 milyard dollar) və Səudiyyə Ərəbistanının kral ailəsi (105 milyard dollar) daxil olub.

AzVision.az


Teqlər:





Xəbər lenti