Erməni gənclər Azərbaycanla döyüşə hazırlaşırlar – VİDEO

   Erməni gənclər Azərbaycanla döyüşə hazırlaşırlar –    VİDEO
  07 Dekabr 2022    Oxunub:3104
Almaniyanın ZDF kanalı Ermənistandan qəribə bir reportaj hazırlayıb. Materialda deyilir ki, ermənilər artıq köhnə hamiləri Rusiyaya etibarlarını itirdiklərindən, ölkələrini öz güclərilə qorumağa hazırlaşırlar.
Anti-Azərbaycan xarakterli materialın sifarişli olduğunu və əsl məqsədini başa düşmək çətin deyil: Ermənilər açıq şəkildə Avropaya mesaj verirlər ki, daha Rusiyadan üz döndərir və özlərinə yeni sahib axtarırlar.



“Uzun müddət Rusiya Ermənistanı qoruyan güc olub. Amma Rusiya hökuməti Azərbaycanın son hücumlarını hətta pisləmədi də. Putin noyabrın ortalarında İrəvana səfər edəndə bir neçə yüz erməni Rusiyadan və KTMT-dən uzaqlaşmaq tələbilə mitinq keçirdi”,- materialda deyilir.

Alman jurnalistin sözlərinə görə, beləcə, Rusiyadan ümidini üzən erməni xalqı daimi qorxu içində yaşadığından, özü silahı əlinə alıb. Çünki beynəlxalq dəstəyə də gümanı yoxdur. Erməni əsgərləri sadə xalqı mübarizəyə hazırlaşdırır. Bu zaman cinsi fərq də qoyulmur və qız-oğlan birlikdə çalışırlar.

Beləliklə, Avropa inanmalıdır ki, oyuncaq avtomatlarla gülünc məşqlər edən bu çəlimsiz gənclər əgər müharibə olarsa, ən son texnika ilə təchiz olunmuş peşəkar ordunun qabağında dayana biləcəklər. Ermənilər almanları axmaq yerinə qoyurlar. Məqsəd isə aydındır: Fransanı destruktiv qüvvə kimi prosesə cəlb edəndən sonra Ermənistan indi də Avropa İttifaqının ikinci böyük ölkəsi olan Almaniyaya üz tutur.

Tariyel Həsənov
AzVision.az

Teqlər: Erməni-nağılları  







Xəbər lenti