Rafiz Həsənov Ermənistanın ən yaxşı karateçisini məğlub etdi

   Rafiz Həsənov Ermənistanın ən yaxşı karateçisini məğlub etdi
  06 Dekabr 2022    Oxunub:293
Azərbaycan təmsilçisi Rafiz Həsənov Rusiyanın paytaxtında keçirilmiş “Moscow - Karate Universe” beynəlxalq turnirində Ermənistanın ən yaxşı karateçisi Davit Makyana 5:0 hesabı ilə qalib gəlib.
İdmançımız turnirin yalnız finalında yerli idmançı Ernest Şarofutdinova məğlub olaraq yekunda gümüş medal qazanıb. 15 ölkədən 307 idmançının mübarizə apardığı turnirə 11 karateçi ilə qatılan Azərbaycan yığması 6 mükafat əldə edib.

Asiman Qurbanlı (84+ kq) yarışın qalibi olub. Rafiz Həsənov (-75 kq) isə ikinci yeri tutub. Roman Heydərov (kata), Əminağa Quliyev (-60 kq), Hüseyn Məmmədli (-67 kq) və Pənah Abdullayev fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

AzVision.az

Teqlər:







Xəbər lenti