Xəzərin sahilində 700-ə yaxın suiti meyiti tapılıb

 Xəzərin sahilində  700-ə yaxın suiti meyiti tapılıb
  03 Dekabr 2022    Oxunub:1071
Xəzər dənizinin Dağıstan sahillərində 700-ə yaxın suiti cəsədi tapılıb.
AzVision.az xəbər verir ki, bu barədə Rusiyanın Balıqçılıq üzrə Federal Agentliyin Şimali Qafqaz Ərazi Administrasiyasının mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, suitilər Neft Bazasından Sulak çayının mənsəbinə qədər olan ərazidə aşkar edilib. Hazırda səlahiyyətlilər hadisənin səbəblərini araşdırır.

Vurğulanıb ki, ölmüş heyvanların cəsədlərinin sayı daha çox ola bilər, onların dəqiq sayı hələlik məlum deyil.

AzVision.az



Teqlər: Xəzər   Suiti  





Xəbər lenti