İstirahət günlərində 8 nəfər ölüb, 24-ü yaralanıb

İstirahət günlərində 8 nəfər ölüb, 24-ü yaralanıb
  12 May 2014    Oxunub:879
İstirahət günlərində Azərbaycan yollarında baş vermiş qəzalarda 8 nəfər ölüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, ötən şənbə və bazar günü ölkə ərazisində 16 yol-nəqliyyat hadisəsi baş verib. Nəticədə 8 nəfər ölüb, 24 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Mayın 10-da respublikanın avtomobil yollarında 3 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 1 nəfər ölmüş, 10 nəfər yaralanıb. Mayın 11-də isə ölkə ərazisində 13 yol qəzası qeydə alınıb. Hadisələr zamanı 7 nəfər ölüb, 14 nəfər yaralanıb.

AzVision.az


Teqlər:  





Xəbər lenti