Akif Əlizadənin müşaviri vəfat etdi

Akif Əlizadənin müşaviri vəfat etdi
  12 May 2014    Oxunub:2889
AMEA-nın prezidentinin müşaviri, Rəyasət Heyətinin İnnovasiya şöbəsinin rəisi, Rəhim Hüseyn oğlu Hüseynov vəfat edib.
AMEA-nın ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, Rəhim Hüseyn oğlu Hüseynov AMEA-nın prezidentinin müşaviri, Rəyasət Heyətinin İnnovasiya şöbəsinin rəisi vəzifəsində çalışıb.

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin üzvləri və Mərkəzi Aparatın əməkdaşları AMEA-nın prezidentinin müşaviri, Rəyasət Heyətinin İnnovasiya şöbəsinin rəisi, Rəhim Hüseyn oğlu Hüseynovun vaxtsız vəfatından kədərləndiklərini bildirir və dərin hüzünlə başsağlığı verir.

Qeyd edək ki, Rəhim Hüseyn oğlu Hüseynov 1961-ci il iyulun 22-də Bakı şəhərində anadan olub. 1978-1983-cü illərdə Azərbaycan Neft və Kimya İnstitutunun “Mühəndis-iqtisad” fakültəsində təhsil alıb. 1991-92-ci illərdə İstanbul Dövlət Universitetində “İdarəetmə” fakültəsində magistr pilləsi üzrə təhsilini davam etdirib.AMEA Kibernetika İnstitutunun nəzdində yaradılmış Avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsində mühəndis, böyük mühəndis, böyük iqtisadçı, I dərəcəli iqtisadçı vəzifələrində çalışıb.

AzVision.az


Teqlər:





Xəbər lenti