"Kiyev Qərbdən Tbilisiyə təzyiq göstərməyi tələb edir" - Gürcü deputat

   "Kiyev Qərbdən Tbilisiyə təzyiq göstərməyi tələb edir" -    Gürcü deputat
  24 Noyabr 2022    Oxunub:175
Ukrayna hakimiyyəti Qərbdən Gürcüstan və Asiya ölkələrinə ikinci cəbhənin açılması üçün fəal təzyiq göstərməsini tələb edir. AzVision.az xəbər verir ki, bunu Gürcüstan parlamentinin vitse-spikeri, hakim “Gürcü Arzusu Demokratik Gürcüstan” partiyasından olan deputat Gia Volski deyib.
"Ukrayna hakimiyyəti belə qərara gəlib ki, Gürcüstanı müharibəyə sürükləmək Rusiya üçün ciddi problemlər yaratmaq üçün ən vacib rıçaqlardan biri olacaq. Kiyev Qərbdən yalnız silah deyil, həm də Tbilisiyə ikinci cəbhənin açılması üçün aktiv təzyiqlər göstərilməsini tələb edir. Həm də söhbət Gürcüstanla yanaşı Asiya ölkələrindən də gedir”, - Volski qeyd edib.

Ukrayna hakimiyyətinin nümayəndələri dəfələrlə Gürcüstanı fürsətdən istifadə etməyə və itirilmiş əraziləri qaytarmağa çağırıblar. Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Oleksiy Danilov Gürcüstanı ikinci cəbhə açmağa ilk çağıranlardan olub. Onun sözlərinə görə, bu, Ukraynaya çox kömək edəcək.

Tural Tağıyev
AzVision.az

Teqlər: Gürcüstan   Ukrayna  







Xəbər lenti