İranda etirazlarda öldürülənlərin sayı 440-a çatıb

   İranda etirazlarda öldürülənlərin sayı 440-a çatıb
  24 Noyabr 2022    Oxunub:224
İranda etirazlarda 440 nəfər həlak olub.
Bu barədə ABŞ mərkəzli İranda İnsan Hüquqları Fəalları Təşkilatı teleqramda məlumat yayıb. Bildirilib ki, ölənlərin 61-nin yaşı 18-dən az olan şəxslərdir.

Qeyd olunub ki, 26 şəhrivər (17 sentyabr) tarixindən aparılan hesablamaya görə, 18 059 nəfər həbs olunub. Onlardan 3 212 nəfərin kimliyi və saxlanılma yeri bəlli deyil. Eyni zamanda, həbs olunan 555 nəfər tələbədir. Nümayişlərə 163 universitetin öyrənciləri qoşulub.

Məlumata görə, ölkənin 156 şəhərini əhatə edən aksiyalarda güc strukturlarının 56 nümayəndəsi öldürülüb.

Qeyd edək ki, İranda İnsan Haqları Fəalları (həmçinin HRAI və HRA kimi tanınır) İranda insan haqlarını müdafiə edən vəkillərdən ibarət qeyri-siyasi və qeyri-hökumət təşkilatıdır. HRAI 2006-cı ildə yaradılıb. Qərargahı ABŞ-ın Virciniya ştatının Ferfaks şəhərində yerləşir.

AzVision.az

Teqlər:







Xəbər lenti