İran səfiri Azərbaycan XİN-in sözçüsü ilə görüşüb

İran səfiri Azərbaycan XİN-in sözçüsü ilə görüşüb
  24 Noyabr 2022    Oxunub:205
Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə və İranın Azərbaycandakı səfiri Abbas Musəvi arasında görüş keçirilib.
AzVision.az xəbər verir ki, bu barədə İran səfirliyi teleqramda məlumat yayıb.

Bildirilib ki, görüşdə ikitərəfli münasibətlərdəki son hadisələr nəzərdən keçirilib, eyni zamanda ikitərəfli, regional və beynəlxalq məsələlərdə iki ölkənin mövqeləri ətrafında fikir mübadiləsi aparılıb. Xüsusilə media sahəsində əməkdaşlıq və iki ölkə arasında jurnalist nümayəndə heyətlərinin mübadiləsi məsələsinə toxunulub.

AzVision.az

Teqlər:







Xəbər lenti