Şəmkirdə 2 avtomobil toqquşub, xəsarət alanlar var

   Şəmkirdə 2 avtomobil toqquşub, xəsarət alanlar var
  23 Noyabr 2022    Oxunub:504
Şəmkir rayon Kür qəsəbəsində 2 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.
2 avtomobilin toqquşması nəticəsində Şəmkir rayon sakinləri - 1993-cü il təvəllüdlü Vahid İsalı və 1963-cü il təvəllüdlü Arzu Kazımov müxtəlif bədən xəsarətləri alıblar.

Hər ikisi xəstəxanaya yerləşdirilib. Onlardan V.İsalının vəziyyəti orta ağır, digərinin vəziyyəti isə kafi kimi qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.(report)


Teqlər:





Xəbər lenti