“Babək Səmidli özü xahiş edib ki, Fərhad Əhmədov səsini yazsın”

   “Babək Səmidli özü xahiş edib ki, Fərhad Əhmədov səsini yazsın”
  23 Noyabr 2022    Oxunub:3342
Məşhur azərbaycanlı iş adamı Fərhad Əhmədovun köməkçisi Ruhəngiz Seyidova son günlər biznesmenə qarşı sürülən ittihamlarla bağlı sualları cavablandırıb.
AzVision.az manset.az-a istinadən xəbər verir ki, o, şəhid polkovnik Babək Səmidlinin məlum səsyazısının F.Əhmədov tərəfindən yazıldığını təsdiq edib: “Babək Səmidli özü xahiş edib ki, Fərhad müəllim onun səsini yazsın. O başa düşürdü ki, müharibədir, hər an hər şey ola bilər. İstəyirdi ki, səsi yazılsın və sonra onun ailəsinə verilsin. Müharibə ilə bağlı bir sıra düzgün məlumatlar yazılsın və lazım olarsa, cənab Prezidentə çatdırılsın".

Köməkçi R.Seyidova F.Əhmədovun Rusiyaya casusluqda günahlandırılması iddialarını isə təkzib edib: “Fərhad müəllimi zatən Rusiya casusu adlandıran adam şəxsən özü casusdur, bunu deyə bilərəm. Göyçaydan aralanmayan bir adam casus ola bilərmi? 44 günlük müharibə zamanı mən onun köməkçisi kimi orduya yardım göndərilməsi barədə ondan o qədər tapşırıqlar alırdım. Babək Səmidlinin Fərhad müəllimi Suqovuşana dəvət etməsinin səbəbi təşəkkürlə bağlı olub ki, buyurun gəlin baxın nələr baş verir, erməniləri necə əzirik”.

Qeyd edək ki, Babək Səmidli 23 noyabr 2020-ci ildə müharibə bitəndən sonra minaya düşərək şəhid olmuşdu.

AzVision.az

Teqlər:







Xəbər lenti