Könül Xasıyevanın səsyazısı yayıldı

 Könül Xasıyevanın səsyazısı yayıldı
  23 Noyabr 2022    Oxunub:291
"Səhiyyə TV"də yayımlanan "Deməsəm olmaz" verilişi proqram zamanı Xalq artisti Könül Xasıyeva ilə əlaqə saxlayıb.
AzVision.azxəbər verir ki, xanəndəyə müalicəsi üçün lazım olan məbləği topladıqdan sonra Almaniyaya gedib-getməməsi haqda sual verilib.

Xasıyeva "Heç bir xəbər verməyəcəm. Yazırlar, aşağısından isə kim ağzına nə gəldi yazır. Ona görə də hər şey mənimlədir, həllinə də mən baxıram. Allah razı olsun" sözlərini söyləyib.

Xanəndənin hələ müalicəyə getmədiyi bilinib.

Qeyd edək ki, K.Xasıyeva bir müddət əvvəl boğazında şiş aşkarlandığını, müalicəsi üçün 254 min manat lazım olduğunu söyləyib. O, sənət adamlarına yardım üçün müraciət ünvanlayıb. Xasıyeva daha sonra paylaşım edərək sənətini sevən şəxslərin ona lazım olan məbləği göndərdiyini açıqlayıb.



AzVision.az

Teqlər:







Xəbər lenti