Abutalıbov məmur övladlarının maşınlarından danışdı

Abutalıbov məmur övladlarının maşınlarından danışdı
  10 May 2014    Oxunub:1164
Bakıya tıxac probleminin aradan qaldırılması məqsədilə 7 terminal - “Park-manat” gətirilib.
AzVision.az apa-ya istinadən xəbər verir ki, bunu Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

Onun sözlərinə görə, terminallardan 6-sı quraşdırılıb, 7-cisi isə bu gün Heydər Əliyev Sarayının arxasında quraşdırılacaq.

H. Abutalıbov deyib ki, ilin sonuna kimi Bakıya daha 1000 terminal gətiriləcək, bununla da paytaxtda tıxac problemi aradan qaldırılacaq.

Bakının mərkəzində nəzərdə tutulmayan yerlədə qanunsuz saxlanılan bahalı avtomobillərin polislər tərəfindən götürülməməsi barədə suala cavabında BŞİH başçısı bunları deyib: “Bu məlumatlar yalandır. İcra Hakimiyyətinin işçiləri, polislər qanundan kənar heç nə etmir. Kimliyindən asılı olmayaraq, bahalı, hətta xüsusi nömrəli maşınlar şəhərin mərkəzində nəzərdə tutulmayan yerlərdə saxlanırsa, götürülür. Bununla bağlı birinci gün xüsusi sərəncamım olacaq”.

H. Abutalıbov deyib ki, mərkəzi küçələrdə maşınların dayanmasına icazə verilməyəcək.

Onun sözlərinə görə, “Park-manat”lar bir qədər kənar küçələrdə quraşdırılacaq. Orada xüsusi geyimli oğlan və qızlar xidmət edəcək. “Park-manat”lar pulla və kartla işləyəcək, yarım saatı 50 qəpik olacaq. Pul ödənməsə, maşınların sürücüləri hər saat üçün ikiqat cərimə olunacaq. Bu barədə bildirişlər avtomobillərin üzərinə yapışdırılacaq.

Bakıda velosiped yolunun çəkilməsi barədə suallara cavabında H. Abutalıbovgeniş küçələr salınandan sonra velosiped yollarının da olacağını açıqlayıb.



Teqlər:  





Xəbər lenti