İlham Əliyev: “Veteranlara böyük qayğı göstərilir”

İlham Əliyev: “Veteranlara böyük qayğı göstərilir”
  09 May 2014    Oxunub:954
İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 69-cu ildönümü münasibətilə mayın 9-da Bakıda təntənəli mərasim keçirilib.

AzVision.az xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev mərasimdə iştirak edib.

Müharibə veteranları ilə görüşən Prezident İlham Əliyev onları Qələbə bayramı münasibətilə təbrik etdi və ən xoş arzularını çatdırıb.

Dövlət başçısına xatirə hədiyyələri təqdim olunub.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı, tank qoşunları general-mayoru Həzi Aslanovun abidəsi önünə əklil qoyan Prezident, Ali Baş Komandan İlham Əliyev İkinci Dünya müharibəsində misilsiz qəhrəmanlıqlar göstərən cəsur sərkərdənin, xalqımızın igid oğul və qızlarının, tarixi Qələbənin qazanılmasında payı olan milyonlarla insanın əziz xatirəsini dərin ehtiramla yad edib.

Dövlət başçısı İkinci Dünya müharibəsi veteranları ilə xatirə şəkli çəkdirib.

Azərbaycan Prezidenti iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun ailə üzvləri ilə görüşüb, onları Qələbə bayramı münasibətilə təbrik edib.

Prezident İlham Əliyev veteranları bir daha Qələbə bayramı münasibətilə təbrik edib, ən xoş arzularını bildirib.

Veteranlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq edərək deyiblər:
-Allah Sizi qorusun. Ölkəmizdə bolluqdur, əmin-amanlıqdır. Siz respublikamızı Heydər Əliyev yolu ilə aparırsınız.

Prezident İlham Əliyev: Sağ olun. Əlbəttə, belə də olmalıdır. Sizə bir daha cansağlığı, uzun ömür arzulayıram. Bu, böyük bayramdır. Sizi bayram münasibətilə ürəkdən təbrik edirəm. Veteranlara böyük diqqət, qayğı göstərilir. Siz qəhrəmanlıq göstərmisiniz.

Veteranlar: Çox sağ olun. Hamımız Sizə dua edirik. Dalbadal üç Sərəncam imzaladınız. Heç bir respublikada veteranlara belə diqqət və qayğı göstərilmir. Bunu hamı yaxşı bilir. Səhər də, axşam da Sizə dua edirik. Allah Sizə cansağlığı versin. Dünyada bizim Prezidentimizdən yoxdur. Mehriban xanıma salamlarımızı çatdırın.

Prezident İlham Əliyev: Sağ olun. Çatdıraram.

AzVision.az


Teqlər:





Xəbər lenti