Britaniyanın ən nüfuzlu qadın alimi Azərbaycana gəlir

Britaniyanın ən nüfuzlu qadın alimi Azərbaycana gəlir
  09 Aprel 2013    Oxunub:1224
Böyük Britaniya Krallığının ən nüfuzlu qadın alimi Cənubi Qafqaz Forumuna qatılacaq
AzVision.az-a Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, komitənin dəstəyi Nizami Gəncəvi Beynəlxalq Mərkəzi və Madrid Klubunun birgə təşkilatçılığı ilə keçirilən Cənubi Qafqaz Forumunda iştirak etmək üçün dünya şöhrətli ingilis alimi Baronessa Susan Greenfield Azerbaycana gəlir. Baronessa Greenfield Oxford Universitetinin Linkoln Kollecinin direktoru, Edinburqun Heriot-Vatt Universitetinin rektoru, İngiltərə Kraliyyət İnstitutunun isə ilk və yeganə qadın rəhbəridir. BBC kanalında xüsusi elmi verlişlərin müəllifi, İngiltərə Lordlar Palatasının üzvü olan Baronessa Greenfield, insan beyni ilə bağlı bir sıra məşhur elmi araşdırma kitablarının da müəllifidir.

Otuza yaxın Fəxri Doktorluğun, dünyanın ən qədim kitabxanası olan İsgəndəriyyə Kitabxanasının Himayədarlar Şurasının üzvü, Fransa Hökumətinin Fəxri Legion Ordeninin sahibidir.

Baronessa Suzan Greenfield nəinki Böyük Britaniya Krallığının o cümlədən dünyanın ən nüfuzlu qadın alimlərindən biri sayılır. Canlı ulduz adlandırılan Baronessa Greenfield gündəlik istifadə etdiyimiz bir sıra kompüter məntiq oyunlarının müəllifidir. Baronessa Suzan Greenfield "Gəncə 4000" layihəsinin iştirakçısıdır.

Qeyd edək ki, Cənubi Qafqaz Forumu İsgəndəriyyə Kitabxanası, YUNESKO-nun sabiq direktoru Federiko Mayor Zaragozanın rəhbərlik etdiyi Fundacion de Pas və Gəncə şəhər İcra Hakimiyyətinin dəstəyi ilə reallaşdırılır.

Forum beynəlxalq münasibətləri öyrənən və çox əhəmiyyətli "beyin mərkəz"lərindən sayılan Chatham House-un qanunları ilə tənzimlənir.


Teqlər:  





Xəbər lenti