Sənədləri onlayn imzalamaq mümkün oldu

Sənədləri onlayn imzalamaq mümkün oldu
  08 May 2014    Oxunub:1060
Elektron sənədlərin onlayn imzalanması üçün "E-imzalayıcı" proqram məhsulu hazırlanıb.
AzVision.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, elektron sənədlərin imzalanması üçün təklif edilən mövcud "E-imzalayıcı” proqramı yalnız Windows əməliyyat sistemində işlədiyindən, bu digər əməliyyat sistemlərini istifadə edənlərə problemlər yaradır və istifadəçiləri ən yaxşı halda Windows əməliyyat sisteminə keçməyə məcbur edir.

Qeyd olunan problemləri nəzərə alaraq, Məlumat Hesablama Mərkəzinin mütəxəssisləri yeni texnologiyaların istifadəsi ilə mövcud "E-imzalayıcı” proqramını yenidən qurmaq, əməliyyat sistemləri və brauzerdən asılı olmayan, onlayn imzalanma zamanı istifadəçidən minimal əməliyyat icrası tələb edən, rahat dizayna malik, eyni zamanda mövcud olan sistemə inteqrasiya edilmək imkanında olacaq tam yeni proqram məhsulu hazırlamışlar. Bu proqram məhsulunun köməyi ilə sənədlərin birbaşa olaraq veb üzərindən imzalanması mümkün olmaqla yanaşı, istənilən brauzerlərdə və əməliyyat sistemlərində istifadəsi, elektron sənəd mübadiləsi sistemlərinə tətbiqi mümkündür.

Proqramın hazırlanmasında əsas məqsəd elektron imzanın tətbiq sahəsinin genişləndirilməsi, elektron sənəd dövriyyəsinin sürətləndirilməsi, "E-hökumət” portalı vasitəsilə istifadəçi sahəsinin daha da artırılması və onlara daha asan xidmətin göstərilməsidir.

Proqram əlavəsindən istifadə etməklə, müxtəlif korporativ proqram və informasiya sistemlərində sənədlərin online, mühiti tərk etmədən imzalanma prosesi aparmaq mümkün olacaq. Bu isə son nəticədə e-imza həllərindən daha geniş spektrdə istifadəsinə yol açmış olacaq. Online imzalama həmçinin e-imza həllərinin kommersiyalaşmasına, bazarda müxtəlif proqram məhsullarının hazırlanaraq təklif olunmasını sürətləndirəcək.


Teqlər:





Xəbər lenti