Azərbaycanda 100 nəfərə 110 telefon düşür

Azərbaycanda 100 nəfərə 110 telefon düşür
  07 May 2014    Oxunub:937
“Azərbaycan indi rəqəmsal efirə keçməyə tam hazırdır”.
AzVision.az xəbər verir ki, bunu rabitə və yüksək texnologiyaları naziri Əli Abbasov deyib. Onun sözlərinə görə, hazırda əhalinin 70%-i internet, onların yarısı isə genişzolaqlı internet istifadəçisinə çevrilib:

“Ölkə əhalisinin 98%-nin yaşadığı ərazilər rəqəmlə televiziya ilə əhatə olunub və Azərbaycan indi rəqəmsal efirə keçməyə tam hazırdır”.

Əli Abbasov onu da vurğulayıb ki, ən yeni 3G 4G xidmətləri təqdim olunur və hazırda hər 100 nəfərə, 110 mobil abunəçi düşür. Bu göstəricilərə görə isə Azərbaycan MDB və Mərkəzi Asiyada liderdir.

Daha sonra nazir bildirib ki, bu ildən bütün ölkə ərazisi üzrə genişzolaqlı internetin inkişafını nəzərdə tutan böyük bir layihə həyata keçiriləcək. Layihə Dövlət Neft Fondunun dəstəyi ilə start götürəcək və başlıca məqsədi Azərbaycanın bütün yaşayış məntəqələrini yüksək sürətli internetlə təmin etməkdir”.

Mirvari Nəcəf


Teqlər:  





Xəbər lenti