Rusiya Xəzər dənizində hərbi təlimlərə başladı

Rusiya Xəzər dənizində hərbi təlimlərə başladı
  07 May 2014    Oxunub:861
Rusiya Hərbi Dəniz Qüvvələrinin Xəzər Donanması Xəzər dənizində hərbi təlimlərə başlayıb.

AzVision.az-ın verdiyi məlumata görə, təlimlərin bir hissəsi Azərbaycanın dəniz sərhədləri yaxınlığında – Mahaçqala atış sahəsində keçirilir.

Əvvəlcədən planlaşdırılmamış təlim qəfil verilmiş göstəriş əsasında başlayıb.

Rusiyanın Xəzər Donanmasının komandanı, vitse-admiral Sergey Alyokminskinin rəhbərliyi altında keçirilən təlimə 20 hərbi gəmi və təminat gəmisi cəlb edilib. Donanmanın raket və artilleriya gəmilərinin heyəti dəniz, sahil və hava hədəfləri üzrə müxtəlif raket və artilleriya atışları, tral gəmiləri isə mina maneələrinin aradan qaldırılması ilə qarşıya qoyulan məsələləri yerinə yetirəcək. (APA)


Teqlər:  





Xəbər lenti