Saat yarım yatan “dəmir ledi” - FOTOSESSİYA

Saat yarım yatan “dəmir ledi” - FOTOSESSİYA
  08 Aprel 2013    Oxunub:2439
Ailəm həyatdakı ən böyük nailiyyətimdir
Böyük Britaniyanın keçmiş baş naziri baronessa Marqaret Tetçer bu gün 87 yaşında vəfat edib.

Qızlıq adı Hilda Roberts olan Tetçer 1925-ci ildə Şimali İngiltərənin Qrantem şəhərində anadan olub.

Kasıb ailədə böyüyən Tetçer atasının baqqal dükanında çalışaraq ona kömək edirmiş. Hələ uşaq vaxtlarından əziyyətə qatlaşmışdı Tetçer.

Nəhayət, məktəbi əla qiymətlərlə bitirən Marqaret Oksford Universitetinə qəbul olur. Eyni zamanda fəal siyasətə qoşularaq, 1959-cu ildə parlamentə üzv seçilib. 1975-ci ildə isə Mühafizəkarlar partiyasına rəhbərlik etməyə başlayıb. 1979-cu ildə seçkilərdə qələbə qazanıb və 1990-cı ilə qədər Britaniya hökümətinə rəhbərlik edir və sərt və ciddi xasiyyətinə görə “dəmir ledi” adlandırılır.

“Ailəm həyatdakı ən böyük nailiyyətimdir”deyən Marqaret Tetçer özü haqqında belə deyirdi:

-Mən adətən saat yarım yatıram. Çox vaxt gözəl saç düzümünı sahib olmaq üçün yuxuma haram qatıram.

- Sutkanın 24 saatının hamısını işə həsr etsəniz, o zaman beyniniz yalnız işi düşünəcək və özünüzə vaxt ayıra bilməyəcəksiniz. Bir işi edin, sonra ikincisinin, üçüncüsünün və digərinin qulpundan yapışın.

- Əgər ictimai fəaliyyətlə məşğulsansa, heç bir zaman ətrafdakılara səni üzən şeyləri bəlli etmə.

- Kiminsə mənə hücum etməyə hazırlaşdığını biləndə qanımda adrenalin artır. Və həmin adamlara cavab verməyə hazırlaşanda öz-özümə deyirəm: “Meqqi, sən təksən. Heç kim sənə kömək etməyəcək” .

- Ailəm həyatdakı ən böyük nailiyyətimdir.

- Heç bir şey etməmək xoşbəxtlik deyil. Xoşbəxtlik gün ərzində bütünlüklə yüklənmək, günün sonunda isə tam yorulmaqdır.

AzVision.az

Qalereya




Teqlər:  





Xəbər lenti