Yunus ailəsinin qanı

Yunus ailəsinin qanı
  06 May 2014    Oxunub:1369
Vüsal Məmmədov

`Qanla bağlı məsələlər ən qəliz məsələlərdir...`
Bulqakov, `Master və Marqarita`



“Mənim nənəm almandır. 1941-ci ildə bütün ailəsi Qazaxıstana göndərilib və heç biri sağ qalmayıb... Mənim ərimin anası ermənidir. O, artıq bu dünyada deyil. Amma sağ olanda öz milliyyətini gizlədirdi”.

Bu sözlər Leyla Yunusun erməni jurnalist Laura Baqdasaryanla birgə yaratdığı `publicdialogues.info` saytında yaydığı bəyanatdandır. Daha sonra isə Leyla Yunus yazır: “Rədd olsun nasizm!” Yəni guya özünün alman, ərinin isə erməni qanı olduğuna görə Azərbaycanda `nasistlər` onları sıxışdırırlar.

Açıq danışsaq, Arif Yunusun anasının erməni olduğunu hamı çoxdan bilir. Leyla Yunusun ana tərəfdən alman olması yəqin, çoxları üçün yenilik oldu, amma məsələ bunda deyil. Məsələ ondadır ki, onlardan birinə daşıdığı alman, o birinə isə erməni qanına görə Azərbaycanda heç kim bircə kəlmə də söz deməyib. Bütün tənqidlər onların fəaliyyətlərində tutduqları anti-azərbaycan mövqeyilə bağlı olub. Bax, burada, təəssüf ki, onların azərbaycanlı olmaması həmişə özünü son dərəcə qabarıq büruzə verib.

Biz Azərbaycanda yaşayan qeyri-millət nümayəndələrinin bu ölkəni sevdiklərini və onun üçün hətta canlarından keçdiklərini də görmüşük. Amma alman-erməni miksindən ibarət olan Yunus ailəsi belə deyil. Onlar həmişə məhz Azərbaycanın maraqlarının əleyhinə getməklə cəmiyyəti özlərinə qarşı kökləyiblər.

Müxalifətində 34 nəfər siyasətçinin olmadığı Azərbaycanda 134 nəfərlik `siyasi məhbus` siyahısını tutanda, bununla Bakıya təzyiq edilməsi üçün kənar qüvvələrə arqument yaradanda, terror törədən şəxsləri o siyahıya salanda ölkəni özlərinə qarşı, daha doğrusu, özlərini ölkəyə qarşı qoyublar. Və biz fikirləşmək zorunda qalmışıq ki, bir azərbaycanlı öz xalqına qarşı bunu etməzdi, yəqin ki, onların azərbaycanlı qanı daşımadıqları öz təsiri göstərib. Yenə deyirəm, onlar bizi bu fikrə gəlməyə məcbur ediblər.

Yəni burada bir cəmiyyətin, dövlətin milli azlığı sıxışdırması yox, milli azlıq təmsilçisinin həmin dövlətə, cəmiyyətə qarşı işləməsi faktı var. Leyla Yunusun dediyi `faşizm` çoxluqdan azlığa doğru yox, azlıqdan çoxluğa doğru yönəlib.

Bir insanın başqa millətin – almanın, lap elə erməninin qanını daşıması günah və eyib deyil. Günah və eyib o zaman olur ki, bu qanın təsirilə öz yaşadığı dövlətin əleyhinə işləsin. Maraqlıdır, Ermənistanda anası azərbaycanlı olan şəxsin hüquq müdafiəçisi kimi çalışmasına, Ermənistana qarşı kompromatlar hazırlayıb, beynəlxalq qurumlara göndərməsinə imkan verərdilərmi? Bunu hətta təsəvvürə gətirmək belə mümkün deyil...

Bu erməni-alman qarışığından ibarət ailə Azərbaycanda həmişə yaxşı yaşayaraq, Azərbaycanı dünyanın ən pis ölkəsi kimi tanıtmaqla məşğul olub. Amma indi işə baxın ki, həmin “pis” ölkəyə qara yaxmasına, həyasızlıq etməsinə, polisi alçaltmasına, həyasızlıq etməsinə baxmayaraq, onu dindirib, buraxıblar, sakitcə evində oturub. Maraqlıdır, əgər “pis” ölkə budursa, onda yaxşı ölkələr necə olur Leyla `xanım` və həmin yaxşı ölkələrdə bu əməlləri etsəniz, siz indi harada idiniz?

İstənilən Qərb ölkəsində polisin papağını başından götürüb tullasaydı, dərhal onun qollarını burub, qandallayardılar. Amma Azərbaycanda heç nə etmədilər. Niyə? Yəqin həm etnik azlıq, həm də formal olaraq qadın olmasına görə.

Mənə maraqlı gələn nədir: Leyla Yunus deyir ki, Fransa prezidenti Qafqaza səfəri zamanlı onunla görüşəcək. Niyə? Hansı xidmətinə, roluna, işinə, cəmiyyətdəki hansı mövqeyinə görə? Nənəsi alman, qayınanası erməni olduğu üçünmü? Yoxsa Azərbacanla bağlı kompromatlar tapmaqda Qərbə korluq vermədyinə görə?

Düşmənin qanını daşımaq olar. Amma bir şərtlə ki, o qanda kodlaşmış düşmənçiliyin özünü həyata keçirməyəsən. Maraqlı bir ironiya: türkiyəlilər delfinə `Yunus` deyirlər. Amma Yunus ailəsi Azərbaycana qarşı delfin yox, əsl akuladır.


Teqlər:  





Xəbər lenti