Nazir qalibləri mükafatlandırdı - FOTO

Nazir qalibləri mükafatlandırdı - FOTO
  06 May 2014    Oxunub:1011
Bu gün Gülüstan Sarayında ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə ümumtəhsil məktəblərinin 8-11-ci sinif şagirdləri, ilk peşə ixtisas və orta ixtisas təhsili müəssisələri şagirdləri arasında təşkil olunan inşa yazı müsabiqəsi qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.

AzVision.az xəbər verir ki, mərasimdə təhsil naziri Mikayıl Cabbarov, rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov, baş nazirin müavini , Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov, Azərbaycan Həmkərlar İttifaqları Konfederasiyasının sədri Səttar Mehbaliyev və digər qonaqlar iştirak edib.

Qeyd edək ki, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasına həsr edilmiş inşa müsabiqəsi artıq 8-ci dəfədir ki, təşkil olunur. Builki inşa müsabiqəsi AR təhsil nazirinin 26 fevral 2014-cü il tarixli 229 nömrəli əmrinə müvafiq olaraq keçirilir. Müsabiqənin təşkilatçıları Təhsil Nazirliyi, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Heydər Əliyev Fondu, Yeni Azərbaycan Partiyası, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasıdır.

Respublika mərhələsinin iştirakçıları arasından 8 nəfər birinci yerə, 7 nəfər ikinci yerə, 11 nəfər üçüncü yerə layiq görülüb. 4-cü (həvəsləndirici yer) tutan 65 nəfər diplomla təltif olunub. 1-4-cü yerləri tutan 91 nəfərin inşa yazısı “Heydər Əliyev məktəblilərin gözü ilə” kitabında çap edilib.

Qeyd edək ki, müsabiqənin respublika mərhələsində 119 nəfər iştirak edib. Onlardan 10 nəfəri VIII, 29-u IX, 29-u X, 28-i XI sinif şagirdləridir. Ilk peşə ixtisas təhsili müəssisələrini 14 nəfər , orta ixtisas məktəblərini 9 nəfər təmsil edib. İnşa müsabiqəsində ölkənin bütün bölgələri təmsil olunub. Müsabiqənin rayon mərhələsində 17 min nəfərdən artıq şagird iştirak edib və mart ayında yekunlaşdırılıb.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti