Rəsmi Bakı sədrlik prioritetlərini açıqladı

Rəsmi Bakı sədrlik prioritetlərini açıqladı
  06 May 2014    Oxunub:958
Azərbaycanın Avropa Şurası (AŞ) Nazirlər Komitəsində sədrliyi dövründə əsas prioritetləri korrupsiya ilə mübarizə, sosial məsələlər, Azərbaycana xas olan multikultiralizm, təhsil, xüsusən insan hüquqaları sahəsində təhsil məsələləridir.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycanın Xarici İşlər Nazirinin müavini Mahmud Məmmədquliyev bildirib.

Nazir müavini bildirib ki, Azərbaycanın AŞ Nazirlər Komitəsində sədrliyi dövründə təxminən 20 müxtəlif tədbirlər keçiriləcək: "Bunlara Parlament Assambleyasının daimi komissiyasının, bürosunu. iclasları aiddir. Həmçinin korrupsiya ilə mübarizə üzrə böyük bir konfrans keçiriləcək.
Təxminən 20 tədbir yalnız Bakıda keçiriləcək. Eyni zamanda Strasburqdada tədbirlər keçiriləcək. Şübhəsiz ki Az ərbaycan da orda bir sədr kimi iştirak edəcək".

M.Məmmədquliyevin sözlərinə görə, artıq Avropa Şurası ilə Azərbaycanın 2014-2016 illər üzrə fəaliyyət proqfamı təsdiqlənib. Nazir müavinin sözlərinə görə, bu yaxınlarda AŞ baş katibi Azərbaycana səfər edəcək və bu səfər çərçivəsində bu fəaliyyət planı rəsmi olaraq təqdim olunması mərasimi keçiriləcək:" Mən hesab edirəm ki, həm Azərbaycanın təşkilatda sədrliyi, həm də bu fəaliyyat planının həyata keçirilməsi Azərbaycanla AŞ arasında əməkdaşlığı və tərəfdaşlığı daha da gücləndirəcək".

Nazir müavini həmçinin qeyd edib ki, AŞ Parlament Assamnleyasının Dağlıq Qarabağ münaqişəsinə dair qətnamələri var: "Hesab edirəm ki, bizim Milli Məclisimiz daima bu məsələyə diqqət yetirir və həmin qətnamələrin həyata keçirilməsində hansısa bir konkret addımlar atılması üçün öz səylərini göstərir".

Aİ ilə əməkdaşlığa dair sualı cavablandırarkən, M.Məmmədguliyev bildirib ki, son zamanlar bir neçə yüksək səviyyəli tədbirlər keçirilib: "Aİ ilə əməkdaşlıq davam edir. Bəzi məsələlər və bəzi mövzular var ki, onların da ətrafında müzakirələr, danışıqlar aparmaq lazımdır".
Assosiasiya sazişi ilə bağlı suala cavabında nazir müavini bildirib: "Biz demişik ki, bizim üçün assosiasiya sazişi məqbul deyil. Biz daha da yüksək səviyyəli bir saziş istəyirik. Bu barədə danışıqlar gedir. Aİ da bu məsələdə hələ ki düşünür".

Nazir müavinin sözlərinə görə, hazırda təşkilat üçün əsas müzakirə mövzusu Ukraynadır:"Amma hesab edirik ki, digər məsələlərə də Avropa Şurası sa, Avropa İttifaqı da diqqət ayırmalıdır".

M.Məmmədguliyev həmçinin bildirib:"Ümumdünya Ticarət Təşkilatı ilə əlaqədar bizim planımız ondan ibarətdir ki, əgər mümkün olsa iyunun axırı, iyulun əəvvələrində ikitərəfli danışıqlar aparaq. İlin sonuna kimi xeyli iş görmək lazımdır.Ola bilsin işçi qrupunun da iclası keçirilsin və kənd təsərrüfatı üzrə çox tərəfli danışıqlar keçirilsin.(Trend)


Teqlər:  





Xəbər lenti