Qədim dənizlərdə yaşayan qeyri-adi dinozavr tapılıb – FOTOLAR

   Qədim dənizlərdə yaşayan qeyri-adi dinozavr tapılıb –    FOTOLAR
  29 Sentyabr 2022    Oxunub:4042
Amerika paleontoloqları ötən əsrin sonlarında Vayominqdə qədim dinozavrın qalıqlarını aşkarlamışdılar. O zaman tapılan sümüklərin üzərində əsaslı elmi iş aparılmamışdı. Bu yaxınlarda isə paleontoqlar araşdırmanı bitirəndən sonra tapıntının nə qədər qeyri-adi olmasından heyrətə gəliblər.

Qədim canlının sifəti timsahı, boyun hissəsi isə ilanı xatırladır. Onun 2 cüt yan, bir quyruq üzgəci olub. Müasir növlərin qarışığını xatırlatdığı üçün yeni tapılan canlını “Serpentissuchops pfisterae” adı verilən ayrıca növə aid ediblər. Mənası “ilan-timsah başlı varlıq” deməkdir.


Dəniz dinozavrının uzunluğu 7 metrə çatıb. Konus formalı uzun dişləri olub. Suda boynunun ilan kimi qıvrılması sayəsində hərəkət edirmiş.


Tapılan sümük nümunələri mezozoy dövrünə aiddir. Onlar kifayət qədər yaxşı qalıblar.

Samir Quliyev
AzVision.az



Teqlər: Dinozavr   Paleontoloiya  





Xəbər lenti