Saakaşvili velosipeddən yıxıldı, qolunu qırdı

  08 Aprel 2013    Oxunub : 520
Saakaşvili velosipeddən yıxıldı, qolunu qırdı
Türkiyədə rəsmi səfərdə olan Gürcüstan prezidenti İstanbul gəzintisi zamanı velosipeddən yıxılıb və qolunu qırıb.
Türkiyə KİV-nin yaydığı məlumata görə, insident bazar günü, Saakaşvilinin velosiped gəzintisi zamanı baş verib. Prezident xəstəxanaya çatdırılıb, təfərrüatlar açıqlanmayıb.

Saakaşvili Türkiyə rəsmiləri ilə görüşlərə aprelin 9-da start verəcək. Qəza ilə bağlı isə rəsmi açıqlama verilməyib.

Teqlər: