Təbriz və Məlikanda 8 fəal həbs edilib

   Təbriz və Məlikanda 8 fəal həbs edilib
  23 Sentyabr 2022    Oxunub:591
Fəalların verdiyi məlumata görə, sentyabrın 21-i gecə saatlarında Şərqi Azərbaycan əyalətinin Məlikan və Təbriz şəhərində məcburi hicaba qarşı keçirilən etiraz aksiyalarında saxlanılan daha 8 nəfərin kimliyi məlum olub.
Rumina Rəhmani, Mubina Rəhmani, Mehri Güləfşan, Mehdi Purkərim, Əmirhüseyn Xəlilzadə, Meysəm Zəhmətkeş, Əli Zəhmətkeş adlı məlikanlılar təhlükəsizlik məmurları tərəfindən döyülərək həbs ediliblər.

Bununla yanaşı Atilla Sadiqifər də saxlanılılıb. Ancaq onun durumu barədə dəqiq məlumat əldə etmək mümkün olmayıb.

AzVision.az


Teqlər:





Xəbər lenti