Britaniya deputatı erməni təxribatını pislədi

   Britaniya deputatı erməni təxribatını pislədi
  22 Sentyabr 2022    Oxunub:555
Azərbaycan-Böyük Britaniya Parlamentlərarası əlaqələr üzrə işçi qurupu Ermənsitanın hücumları ilə bağlı bəyanat yayıb.
AzVision.az xəbər verir ki, bəyanat işçi qurupunun sədri Bob Bləkmən tərəfindən verilib.



Bəyanatda bildirilib ki, Ermənistan 13 sentyabr 2022-ci ildə Azərbaycanın suveren ərazisinə yeni qəddar hücumlar törədib.



Qeyd edilib ki, heç bir səbəbi olmayan bu hücumlar günahsız mülkü şəxslərə, infrastruktura və Azərbaycan ordusuna qarşı yönəlib.



Deputat bildirib ki, bu hücumlar Azərbaycanın Qarabağ bölgəsinə deyil, onun beynəlxalq səviyyədə tanınmış suveren sərhədlərinə yönəlib və tamamilə səbəbsiz və əsassız yerə olub.



Bəyanatda bildirilib ki, Azərbaycan-Böyük Britaniya Parlamentlərarası əlaqələr üzrə işçi qrupu Ermənistanın törətdiyi zorakılıqları qınayır, bu münaqişələr zamanı həyatını itirən şəxslərin və onların ailələri ilə bağlı dərin narahatlıq keçirir.



“Biz Ermənistanı Avropa İttifaqının rəhbərlik etdiyi normallaşma prosesinə ardıcıllıq və sadiqlik nümayiş etdirməyə, dinc dialoqu davam etdirməyə çağırırıq. Ermənistanın son revanşizmi qurulan etimadı sarsıdır. Biz Ermənistanı Azərbaycanla konstruktiv şəkildə və xoş niyyətlə əlaqələr qurmağa, münaqişədən sonrakı problemlərin qənaətbəxş həllinə nail olmağa, ən əsası mina məlumatlarının, itkin düşən şəxlərlə bağlı məlumatların paylaşılmasına, kommunikasiya və nəqliyyat marşrutlarında yaradılan maneələrin aradan qaldırılmasına çağırırıq”, - deyə bəyanatda qeyd edilib.



Bob Bləkmən bildirib ki, 31 Avqust 2022-ci ildə Brüssel görüşü zamanı hər iki tərəfin üzərinə götürdüyü yekun hərtərəfli sülh sazişi üzərində birgə işlər intensivləşdirilməsi və görüşdə qaldırılan məsələlər üzərində işlərin davam etdirilməsi zəruridir.



Bəyanatda beynəlxalq icmaların, xüsusilə Britaniyanın Ermənistanı qınamasının zəruriliyinə diqqət çəkilib, Ermənistanın törətdiyi müharibə cinayətlərinə görə hesab verməli olduğu qeyd edilib.



“Biz təcili olaraq Böyük Britaniya hökumətini erməni təcavüzünün dərhal dayandırılmasını tələb etmək üçün digər xalqlara qoşulmağı çağırır, əsassız hərəkətlərini davam etdirdiyi müddətcə Ermənistana qarşı sanksiyaların irəli sürülməsini tələb edirik.



Biz həmçinin Böyük Britaniya hökumətindən Böyük Britaniyanın şəxsi maraqları üçün həyati əhəmiyyət kəsb edən regionda davamlı sülhə nail olmaq üçün Aİ vasitəçiliyi ilə normallaşma prosesinə öz qəti siyasi dəstəyini verməsini xahiş edirik”, - deyə deputat bildirib.


Teqlər:





Xəbər lenti