“Hazırda Avropa siyasi birliyinin Praqada keçiriləcək iclasında iştirakla bağlı məsələni müzakirə edirik. Çexiyaya səfər edəsi olsaq, Paşinyanla da görüşə bilərik, çox güman ki, həmin vaxt o da orada olacaq. Erməni tərəfi bundan əvvəl həmin platformada görüşmək niyyətini açıqlamışdı. Ola bilsin ki, orada bütün bu məsələləri müzakirə etmək imkanı yaransın. Sözsüz ki, bizim Qafqazda da müəyyən təşəbbüslərimiz olacaq. Hazırda hər şey hələ planlaşdırma mərhələsindədir. Bu məsələləri Qardaşım Əliyevlə müzakirə edəcəyəm və müzakirələrimizin nəticəsindən asılı olaraq addımlar atacağıq”, - deyə Ərdoğan bildirib.
Şahanə Rəhimli
AzVision.az