MEK növbəti tədris mərkəzinə dəyərli nəşrlər hədiyyə etdi

MEK növbəti tədris mərkəzinə dəyərli nəşrlər hədiyyə etdi
  22 Sentyabr 2022    Oxunub:273
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) həyata keçirdiyi kitab bağışlama aksiyası davam edir.
Aksiya çərçivəsində MEK tərəfindən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin nəzdində Humanitar Kollecə 60 sayda dəyərli nəşrlər hədiyyə edilib.

F.Əmirovun “Şur simfonik muğamı”, “Nəsimi haqqında dastan”, A.Məlikovun “Simfoniyası” 4 cilddə, B.Nəbiyevin “Üzeyir Hacıbəylinin ömürnaməsi”, “Səhnə fədailəri”, E.Sabitoğlunun “Simfoniya”, “Əlvida” səs və fortepiano üçün mahnıları, İ.Rəhimlinin “Azərbaycan teatrı” və digər nəfis tərtibatı ilə gözoxşayan nəşrlərdə Azərbaycanın zəngin, çoxəsrlik musiqi sənətinin tarixinə nəzər salınaraq təhlil edilir. Eləcə də milli teatr mənzərəsi yeni və zəngin faktlarla verilir.

Xatırladaq ki, MEK kitab bağışlama aksiyasına yeni tədris ilinin başlanması ərəfəsində start verib. Aksiya15 Sentyabr – Bilik Günü və 18 sentyabr - Milli Musiqi Günü münasibətilə həyata keçirilir.

AzVision.az

Teqlər:







Xəbər lenti