Goranboyda məktəb direktoru müəllimi döydü

   Goranboyda məktəb direktoru müəllimi döydü
  22 Sentyabr 2022    Oxunub:1043
Goranboy rayonunda məktəb direktoru müəllimi döyərək xəsarət yetirib.
AzVision.az xəbər verir ki, Goranboy rayon Kələk kənd tam orta məktəbin direktoru ilə müəllimlərdən biri ilə mübahisə yaranması nəticəsində direktor müəllimi döyərək ona xəsarət yetirib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov AzVision.az -a açıqlamasında bildirib ki, rayonun Kələk kənd tam orta məktəbində hadisə baş verməsi ilə bağlı Goranboy Rayon Polis Şöbəsinə müraciət daxil olub:

“Əməkdaşlar hadisə yerinə gediblər. Araşdırmanın nəticəsində asılı olaraq, məsələyə hüquqi qiymət veriləcək”.

AzVision.az


Teqlər:





Xəbər lenti