“Erməni təxribatçıları ilə əlbəyaxa döyüşlərimiz oldu” - VİDEO

   “Erməni təxribatçıları ilə əlbəyaxa döyüşlərimiz oldu” -    VİDEO
  22 Sentyabr 2022    Oxunub:294
Ailəsi və sevdiyi xanım Zaqatalada onun yolunu gözləyir. Hər gün telefonla danışır, dua edir, amma gerçəklərdən xəbərsizdirlər. Barəsində danışdığımız İlkin hazırda Dövlət Sərhəd Xidmətinin Hərbi Hosbitalında müalicə alır.

O deyir ki, günlərdir doğmalarına "bir balaca" yalan danışıb. Lakin indi vəziyyəti çox yaxşıdır, elə buna görə də gerçəkləri dilə gətirmək qərarına gəlib.

AzVision.az -ın məlumatına görə, Dövlət Sərhəd Xidmətinin Hərbi Hosbitalının rəisi Şükür Eyvazov deyir ki, İlkin hosbitala xüsusi ayrılmış helikopter ilə gətirilib.

Hosbitalda olan digər sərhədçilərimiz - Bəhram və Anar isə yaralı döyüş yoldaşlarını xilas edərkən düşmən gülləsinə tuş gəliblər. Təbriz və İlkinin xilaskarı öz gizir yoldaşları olub.

Şükür Eyvazov bildirir ki, son döyüşlərdə Dövlət Sərhəd Xidmətinin 30 hərbi qulluqçusu yaralanıb. Onlardan 16-ı sağalaraq evə buraxılıb, 14 nəfərin müalicəsi hazırda davam etdirilir.

Vəziyyəti ağır olan yoxdur, 2 nəfərin durumu orta-ağır olduğu üçün reanimasiyadadır.



AzVision.az


Teqlər:







Xəbər lenti