Cəbrayılın Şükürbəyli kəndinin tikintisinə vəsait ayrıldı

   Cəbrayılın Şükürbəyli kəndinin tikintisinə vəsait ayrıldı
  20 Sentyabr 2022    Oxunub:336
Prezident İlham Əliyev sentyabrın 20-də “Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad olunmuş Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işləri ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.
AzVision.az xəbər verir ki, Sərəncama əsasən, Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Cəbrayıl rayonunun işğaldan azad edilmiş Şükürbəyli kəndinin layihələndirilməsi və tikintisi işlərinin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsində işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün nəzərdə tutulan vəsaitdən Azərbaycan Respublikası Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə ilkin olaraq 1 milyon manat ayrılıb.

Xatırladaq ki, Azərbaycan Silahlı Qüvvələri Cəbrayıl rayonunun Şükürbəyli kəndini 2020-ci il oktyabrın 4-də düşməndən azad edib.

AzVision.az

Teqlər:







Xəbər lenti