Paris Azərbaycana raket satmağı Türkiyəyə qadağan etdi

   Paris    Azərbaycana    raket satmağı    Türkiyəyə    qadağan etdi
  17 Sentyabr 2022    Oxunub:4211
Fransa qanadlı SOM raketlərini Azərbaycana satmağı Türkiyəyə qadağan edib. Raketin güc qurğusu fransız istehsalı olduğu üçün, müqaviləyə əsasən, Parisin buna ixtiyarı var.
Məlumata görə, Azərbaycan Türkiyənin “Roketsan” şirkətinə 400-dən çox SOM raketi sifariş edib. Ölkənin Hərbi Hava Qüvvələrinə məxsus “МиГ-29” qırıcıları da artıq SOM raketlərini daşımağa uyğunlaşdırılıb.


Amma Fransanın bu addımı Azərbaycanla münasibətləri korlamaqdan başqa heç nəyə yaramayacaq. Çünki Türkiyənin “Kale Arge” şirkəti artıq SOM raketləri üçün “KTJ-3200” reaktiv mühərriklərinin hazırlanmasına başlayıb. Tezliklə həmin mühərriklər SOM qanadlı raketlərində quraşdırılmaq üçün “Roketsan” şirkətinə veriləcək.


Samir Quliyev
AzVision.az



Teqlər: SOM   Raket  





Xəbər lenti