DİN-də təlim məşqi keçirildi

DİN-də təlim məşqi keçirildi
  03 May 2014    Oxunub:1003
Bu gün "Xüsusi Tədbirlər Planı"na uyğun olaraq Daxili İşlər Nazirliyinin (DİN) Təlim Mərkəzində ictimai qaydanın və ictimai təhlükəsizliyin təmini zamanı kütləvi iğtişaşların, cinayətlərin, eləcə də digər hüquqpozmaların qarşısının alınması və silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsi üzrə xüsusi əməliyyatların təşkilinə dair taktiki təlim məşqi keçirilib.

DİN-in mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Daxili Qoşunların, Çevik Polis Alayının, Bakı və Sumqayıt Baş Polis İdarələrinin, Baş Mühafizə İdarəsinin və Nazirliyin Xüsusi Təyinatlı “Aslanlar” bölüyünün təxminən iki min nəfərə yaxın əməkdaşının iştirak etdiyi təlimdə daxili işlər naziri, general-polkovnik Ramil Usubov iştirak edib.

Əvvəlcə nazir qeyd olunan təyinatlar üzrə istifadə edilən yeni texnikaya və xüsusi vasitələrə baxış keçirib. Sonra şəxsi heyətin nümunəvi çıxışları olub, müxtəlif istiqamətlərdə hüquqpozmaların qarşısının alınmasında əməkdaşların hazırlıq səviyyəsi nümayiş etdirilib.

Tədbirin gedişini izləyən nazir təlimin peşəkarlıq səviyyəsinin yoxlanılması məqsədi daşıdığını qeyd edərək, şəxsi heyətin bu sahədə hazırlığını yüksək qiymətləndirib.


Teqlər:





Xəbər lenti