“Ermənistan ağıllanmalıdır” – Britaniyalı politoloq

// "İllüziyalara son qoyub, Azərbaycanla sülh imzalamalıdırlar"

   “Ermənistan ağıllanmalıdır” –    Britaniyalı politoloq
  16 Sentyabr 2022    Oxunub:2230
“Ermənistan-Azərbaycan münaqişəsinin kəskinləşməsi həlak olanlar, onların doğmaları və yaxınları üçün dəhşətli faciədir. Lakin bu eskalasiyaya səbəb İrəvan rəhbərliyinin sülh prosesinə qarşı pozucu münasibətidir”.
Bunu AzVision.az -a britaniyalı tarixçi və politoloq Patrik Uolş deyib. Onun fikrincə, ermənilər sülhpərvər tərəfdaş kimi çıxış etməli və revanşist illüziyalar qurmağa son qoymalıdırlar.

“Nə qədər ki müharibənin bitməsi və funksional tədbirlərin zəruriliyi dərk olunmayıb, daha çox ailə sülh və firavanlıq dividendlərindən faydalanma haqqı olan oğul və qızlarını itirəcək.
Bu problemin yeganə həlli Bakı ilə İrəvan arasında sülh müqaviləsi imzalanmasıdır. Azərbaycan regionda sülh və sabitliyin olmasını istəyir və dəfələrlə İrəvanı sülh sazişi imzalamağa dəvət etsə də, Ermənistan tərəfi rəsmi Bakının çağırışlarına məhəl qoymur. Ermənistan ağlıllanmalı və Azərbaycanla sülh müqaviləsi imzalamalıdır”, - P.Uolş bildirib.

Murad Nəcəfov
AzVision.az



Teqlər: Ermənistan  





Xəbər lenti