Prezident Ağdaşa 2 milyon manat ayırdı

Prezident Ağdaşa 2 milyon manat ayırdı
  02 May 2014    Oxunub:694
Azərbaycan Prezidenti İlham Əliyev Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Ağdaş rayonunda abadlıq-quruculuq işlərinin davam etdirilməsini, habelə "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nda rayon üzrə müəyyən olunmuş tədbirlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə Ağdaş rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsi üçün Ağdaş Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan 2 milyon manat ayrılsın.

Maliyyə Nazirliyinə bu sərəncamda nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etmək tapşırılıb.
Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramlarının uğurla yerinə yetirilməsi nəticəsində ölkənin bütün bölgələrində olduğu kimi Ağdaş rayonunda da bir sıra mühüm işlər görülmüş, Olimpiya İdman Kompleksi, Mərkəzi Rayon Xəstəxanası, əlil və şəhid ailələri üçün yaşayış binası və digər sosial yönümlü obyektlər tikilərək istifadəyə verilmiş, mədəniyyət və istirahət parkı yenidən qurulmuş, iri istehsal və emal müəssisələri yaradılmış, yeni yollar çəkilmiş, genişmiqyaslı infrastruktur layihələri və abadlıq-quruculuq işləri həyata keçirilmiş, rayon mərkəzi milli arxitektura elementlərini özündə əks etdirən müasir şəhərə çevrilmişdir.


Teqlər:  





Xəbər lenti