İcra başçısı keçmiş prezidenti Gəncəyə gətirib

İcra başçısı keçmiş prezidenti Gəncəyə gətirib
  02 May 2014    Oxunub:765
Müasir Azərbaycanın qurucusu və memarı Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr edilən konfrans Azərbaycan Texnologiya Universiteti, Gəncə şəhər İcra Hakimiyyəti, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Təhsil Nazirliyi və AMEA-nın birgə təşkilatçılığı və təşəbbüsü ilə keçirilib.

Konfransda Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev qonaqları salamlayaraq, milli lider Heydər Əliyevin həyat və siyasi fəaliyyətindən bəhs edərək deyib ki, Azərbaycan tarixinin otuz ildən artıq bir dövrü dünya miqyaslı siyasətçi və dövlət xadimi Heydər Əliyevin fəaliyyəti ilə qırılmaz surətdə bağlıdır. Heydər Əliyevin Azərbaycan xalqına bəxş etdiyi ən böyük irs müstəqil Azərbaycan dövlətidir. Bu dövlətin gələcək inkişafı, müstəqilliyinin əbədiliyi Heydər Əliyev ideyalarından güc alır və alacaq.

Konfransda Beynəlxalq Nizami Gəncəvi Mərkəzi idarə heyətinin üzvü, Latviyanın sabiq prezidenti Valdis Zatlers Heydər Əliyevlə görüşlərindən, Azərbaycan liderinin zəkası və fəaliyyətindən danışıb. Valdis Zatlers bildirib ki, hər bir xalq azru edər ki, Heydər Əliyev kimi bir prezidenti, rəhbəri olsun. Latviya respublikasının sabiq prezidenti Azərbaycana bir neçə dəfə səfəri çərçivəsində iki dəfə Gəncə şəhərinə səfər etdiyini və şəhərin həyatında baş verən inkişafda Heydər Əliyev siyasətinin yaşadığının şahidi olduğunu deyib.

Latviyanın sabiq prezidenti Heydər Əliyev park-kompleksinə heyranlığını dilə gətirib və onu da qeyd edib ki, icra başçısı verdiyi vədi çox gözəl yerinə yetirib. Bu gün Heydər Əliyevin 91-ci ildönümü bu cür möhtəşəm bir mərkəzdə qeyd olunur.

Azərbaycan Respublikası Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini İltimas Məmmədov respublikada texnologiyanın inkişafı, elektron xidmətdən istifadə, İKT sahəsi üzrə yüksək ixtisaslı kadrların hazırlanması, əhalinin genişzolaqlı internetə çıxışı, nazirliyin nəzdində texnoparklara kadr hazırlığı sahəsində aparılan məqsədyönlü işlərdən danışıb.

Sonda konfransın bəyannaməsi oxunub və qəbul olunub.


Teqlər:  





Xəbər lenti