“Xalqların həyatını sülh dəyişə bilər”

“Xalqların həyatını sülh dəyişə bilər”
  08 Aprel 2013    Oxunub:1382
“Türkiyə hökumətinin ölkədəki problemləri sülh yolu ilə həll etməsini alqışlayırıq”
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyədə səfərdə olan ABŞ Dövlət katibi Con Kerri bildirib.

Kerri Türkiyə hökumətinin PKK ilə mübarizədə atdığı addımları alqışladıqlarını belə dilə gətirib:

"Biz Türk hökumətinin səyinə heyranıq və onları təbrik edirik. PKK-nın silahları yerə qoyma qərarını da müsbət qarşılayırıq. Yalnız sülh prosesi Türkiyənin həyatını dəyişdirə bilərdi. Düşünürəm ki, bölgədəki digər xalqların həyatını da sülh dəyişdirə bilər”.

Türkiyənin Bəşər Əsəd rejiminə qarşı mövqeyini və zərər çəkmiş Suriyalılara dəstəyini də təqdir etdiklərini deyən Kerri, Türkiyə hökumətini cəsarətli davranışına görə bir daha təbrik edib.

Mirvari



Teqlər:  





Xəbər lenti