Oqtay Əsədov mətbuatdan narazıdır

Oqtay Əsədov mətbuatdan narazıdır
  02 May 2014    Oxunub:1030
Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında bəzi televiziyaları sərt tənqid edib.
AzVision.az-ın məlumatına görə, spiker bəzi televiziyaların parlamenti biabırçı vəziyyətdə təqdim etməsindən narazı olduğunu qeyd edib.

Onun sözlərinə görə, bəzi mətbuat, əsasən də televiziyalar var ki, Milli Məclisi rüsvay edir.

O.Əsədov buna görə millət vəkillərini qınayıb: “Aranızda elələri var ki, gedib həmin kanala müsahibə verirsiniz. Getməyin də...”

O. Əsədov mətbuata mesaj da yollayıb: “Çox təəssüf ki, Azərbaycan mətbuatında ürəkaçan heç nə görmürəm. Hərdən xəcalət çəkirəm. Öz- özümə deyirəm: Görəsən, bu, mənim millətimdir”.

Spiker daha sonra mətbuatdakı kompramat müharibəsi ilə bağlı çağırış edib: “İşimizi-gücümüzü qurtarmışıq, o bundan yazdırır, bu da ondan yazdırır. Ancaq dedi-qodu. Qurtarmaq lazımdır, bunları... Bəzən mətbuatı açanda utanıram ki, bütün bunlar Azərbaycanda baş verir. Azərbaycan mətbuatında ürəkaçan heç bir şey, analitik analiz, material yoxdur. Elə bizimkilərə də aiddir. Bəsdir, bunlara son qoymaq lazımdır! Bizim yüz dərdimiz var, dünyada aləm bir-birinə qarışıb, onunla məşğul olmalıyıq”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti