Qarabağda döyüşmüş erməni merin kreslosunda intihar edib

Qarabağda döyüşmüş erməni merin kreslosunda intihar edib
  20 Avqust 2022    Oxunub:1645
Ermənistanda meriyaya silahlı hücum edən şəxs intihar edib. AzVision.az xəbər verir ki, Ermənistan Polisi məlumat yayıb.
Qeyd edilir ki, avqustun 19-da axşam saatlarında qumbara və tapança ilə Masis meriyanın binasına daxil olan şəxsin kimliyi müəyyən edilib. Bu, şəhər Ağsaqqallar Şurasının keçmiş nümayəndəsi, 36 yaşlı Eduard Markaryandır. Səlahiyyətlilər həmin şəxsin intihar etdiyini bildirib.

Ermənistanda silahlı şəxs meriya binasına daxil olub
"Danışıqlar zamanı atəş açılıb. Aram Hovannisyanın rəhbərlik etdiyi Xüsusi Təyinatlı Polis bölməsinin əməkdaşları içəri daxil olublar və başından güllə yarası almış 36 yaşlı Eduard Marqaryanın meyitini aşkar ediblər. O, intihar edib”, - məlumatda deyilir.

Ermənistan Polisi həmçinin bəyan edib ki, insident nəticəsində hüquq-mühafizə orqanları əməkdaşları arasında ölən və xəsarət alan olmayıb.

"Mamul" saytı isə yazır ki, Marqaryan 44 günlük müharibədə könüllü kimi iştirak edib.

"Yaxınlarının verdiyi məlumata görə, müharibədən qayıdandan sonra onun davranışları və həyat tərzində dəyişikliklər olub. Marqaryan merin kreslosunda oturaraq intihar edib", - nəşr yazıb.

Qeyd edək ki, dünən axşam saatlarında Masis meriyasına silahlı hücum olması barədə məlumat yayılmışdı. Bildirilir ki, terrorçunun binaya daxil olmasının ardınca partlayış və silah səsləri eşidilib. Həmin vaxt meriyada yalnız təmizlikçi və qarovulçunun olduğu deyilir. Onları binadan çıxarmaq mümkün olub.
İntihar edən erməni heç bir tələb irəli sürməyi.

Tural Tağıyev
AzVision.az



Teqlər:   Ermənistan   Qumbara   İntihar  





Xəbər lenti