NASA Aya uçuş hazırılığına başladı – FOTOLAR

   NASA Aya uçuş hazırılığına başladı –    FOTOLAR
  18 Avqust 2022    Oxunub:758
NASA-nın Aya uçmaq üçün hazırladığı SLS (Space Launch System) ağır daşıyıcı raket kompleksi Con Kennedi adına kosmik mərkəzə çatdırılaraq, uçuşa hazır vəziyyətə gətirilib. Bu raket 1972-ci ildən sonra ilk dəfə insanların Aya uçmasını nəzərdə tutan “Artemida” (“Artemis”) proqramının tərkib hissələrindən biridir.

“Artemida” missiyası iki mərhələdə həyata keçiriləcək. Avqustun 29-da SLS daşıyıcı raketi “Orion” gəmisini ekipaj olmadan Yerin orbitinə qaldıracaq. Sonra “Orion” Aya tərəf hərəkət edərək, onun orbitinə çıxacaq və müəyyən müddətdən sonra Yerə qayıdacaq. Bu mərhələ 42 günə qədər davam edəcək.


İkinci missiya (“Artemida-2”) mürəkkəb uçuş sxemi ilə Aya pilotlu uçuşu nəzərdə tutur. Bu, 2024-cü ilin mayına planlaşdırılıb.


Amerikalı astronavtların Ayın səthinə enməsi isə “Artemida-3” missiyası çərçivəsində 2025-ci ildə reallaşacaq.



Tariyel Həsənov
AzVision.az

Teqlər: Elm  







Xəbər lenti